Kerridən Çavuşoğluna kritik zəng: ` YPG geri çəkilir`

Kerridən Çavuşoğluna kritik zəng: ` YPG geri çəkilir`
  25 Avqust 2016    Oxunub:5839
ABŞ-ın xarici işlər naziri Con Kerri türkiyəli həmkarı Mövlud Çavuşoğluna zəng edib.

AzVision.az-ın sözü gedən ölkənin mətbuatına istinadən verdiyi məlumata görə, səhər saatlarında baş tutan telefon danışığı zamanı Kerri M. Çavuşoğluna PKK-ın Suriya qolu olan YPG-in Fırat çayının şərq sahillərinə tərəf geri çəkildiklərini deyib.

Diplomatik mənbələrdən verilən məlumata görə, C. Kerrinin istəyi ilə baş tutan telefon zəngi zamanı Suriyada hərbi əməliyyatların dayandırılması və uzun müddətli atəşkəsin əldə olunandan sonra regionun gələcəyi ilə bağlı müəyyən addımların atılmasının vacibliyindən bəhs olunub.

Həmçinin Serablus əməliyyatı da söhbətin əsas mövzusunu təşkil edib. Qeyd olunub ki, sözü gedən mövzuda da tərəflər arasındakı əməkdaşlıq davam etdirilməlidir. Bildirilib ki, rəsmi Ankara və Vaşinqton İŞİD-in Suriya və İraqdan çıxarılması məsələsində də eyni mövedən çıxış edirlər.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:





Xəbər lenti