General Aksakallı Cerablusa gedib

General Aksakallı Cerablusa gedib
  25 Avqust 2016    Oxunub:2202
Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanı, general Zəkai Aksakallı “Fərat qalxanı” əməliyyatı çərçivəsində İŞİD terrorçularından azad olunan Suriyanın Cerablus şəhərinə gedib.
AzVision.az-ın “Milliyet”ə istinadən verdiyi məlumata görə, Z. Aksakallı müxalif Azad Suriya Ordusunun komandirləri ilə görüşüb.

Daha sonra terrorçulardan təmizlənən ərazilərə baxıb və türk hərbçilərinə müvafiq göstəriş verib.

Qeyd edək ki, Türkiyə ordusunun Suriyada həyata keçirdiyi əməliyyatlarda xüsusi təyinatlılar əsas rol oynayır.

AzVision.az


Teqlər:  





Xəbər lenti