Merkel Estoniyanın `elektron vətəndaşı` oldu

Merkel Estoniyanın `elektron vətəndaşı` oldu
  25 Avqust 2016    Oxunub:2233
Estoniyanın baş naziri Taavi Rıyvas Almaniya kansleri Angela Merkelə Estoniyanın “elektron rezidenti” kartını təqdim edib.
AzVision.az xəbər verir ki, bu barədə məlumat Estoniya hökumətinin “Twitter” səhifəsində yerləşdirilib.

“Baş nazir Taavi Rıyvas Almaniya kansleri Angela Merkelə elektron vətəndaş kartını təqdim edib. Merkel Estoniyanın 11867-cı elektron vətəndaşı olub”, - deyə məlumat olub.

Qeyd edək ki, 2014-ü ildə Estoniya dünyada ilk elektron miqrasiya icazəsi verən ölkə oldu. «e-miqrant kartı» sayəsində dünyanın istənilən yerində yaşayan insan Estoniya hökuməti tərəfindən verilən rəqəmsal eyniləşdirmə vəsiqəsi alıb yüksək keyfiyyətli elektron xidmətlərdən faydalana bilər. Estoniyada yaşamayan insanlara verilən xüsusi elektron miqrasiya izni sayəsində xarici ölkə vətəndaşı olan fiziki şəxslər Estoniyanın təklif etdiyi bütün elektron xidmətlərdən yararlana, elektron imza vasitəsilə bütün Avropa İttifaqı (Aİ) ərazisində hüquqi cəhətdən qüvvədə olan müqavilə, rəsmi razılıq və s. əldə edə bilərlər. Buna baxmayaraq, elektron miqrasiya icazəsi Estoniyaya daxil olmağa, ənənəvi yaşayış ixazəsinin verdiyi hüquqlardan yararlanmağa və ya Estoniya vətəndaşlığını əldə etməyə əsas deyil.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti