`ABŞ-ın Qarabağ məsələsində liderliyi Rusiyaya verəcəyinə inanmıram`

`ABŞ-ın Qarabağ məsələsində liderliyi Rusiyaya verəcəyinə inanmıram`
  25 Avqust 2016    Oxunub:6218
"İnanmıram ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlarda liderliyi Rusiyaya versin".

AzVision.az-ın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

`ABŞ dövlət katibi Con Kerrinin Moskvaya son səfəri zamanı Kremlə Suriya məsələsindən əlini çəkmək müqabilində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında liderlik rolunun verilməsi təklif olunub. Bu nə dərəcədə doğrudur?` sualına cavabında XİN rəsmisi deyib: "İnanmıram ki, ABŞ hər hansı bir məsələdə liderliyi Rusiyaya versin. Belə olsa, bu, əsl irəliləyiş olar".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti