`Qarabağ` və `Qəbələ`nin Avroliqadakı rəqibləri – SİYAHI

`Qarabağ` və `Qəbələ`nin Avroliqadakı rəqibləri – SİYAHI
  26 Avqust 2016    Oxunub:23365
Avropa Liqanın qrup mərhələsinə yüksələn “Qarabağ” və “Qəbələ”nin rəqibləri bu gün müəyyənləşəcək
AzVision.az xəbər verir ki, Monakoda keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə 15:00-dabaşlayacaq. Püşkatma zamanı 48 komanda 12 qrupa bölünəcək.

Artıq Avroliqanın qrup mərhələsində iştirak edəcək 48 klubun adı və səbətlərin tərkibi məlumdur:

1-ci səbət: "Şalke" (Almaniya), "Zenit" (Rusiya), "Mançester Yunayted" (İngiltərə), "Şaxtyor" (Donetsk, Ukrayna), "Atletik" (İspaniya), "Olimpiakos" (Yunanıstan), "Vilyarreal" (İspaniya), "Ayaks" (Hollandiya), "İnter" (İtaliya), "Fiorentina" (İtaliya), "Anderlext" (Belçika), "Viktoriya" (Plzen, Çexiya)

2-ci səbət: "AZ Alkmaar" (Hollandiya), "Braqa" (Portuqaliya), "Zalsburq" (Avstriya), "Roma" (İtaliya), "Fənərbaxça" (Türkiyə), "Sparta" (Praqa, Çexiya), PAOK (Yunanıstan), "Styaua" (Rumıniya), "Genk" (Belçika), APOEL (Kipr), "Standard" (Belçika), "Sent-Etyen" (Fransa)

3-cü səbət: "Gent" (Belçika), "Yanq Boyz" (İsveçrə), "Krasnodar" (Rusiya), "Rapid" (Vyana, Avstriya), "Slovan" (Liberets, Çexiya), "Selta" (İspaniya), "Makkabi" (Təl-Əviv, İsrail), "Feyenoord" (Hollandiya), "Austria" (Avstriya), "Maynts" (Almaniya), "Sürix" (İsveçrə), "Sauthempton" (İngiltərə)

4-cü səbət: "Panatinaikos" (Yunanıstan), "Sassuolo" (İtaliya), "Qarabağ" (AZƏRBAYCAN) , "Astana" (Qazaxıstan), "Nitsa" (Fransa), "Zarya" (Ukrayna), "Astra" (Rumıniya), "Konyaspor" (Türkiyə), "Osmanlıspor" (Türkiyə), "Qəbələ" (AZƏRBAYCAN) , "Hapoel" (Beer-Şeva, İsrail), "Dandolk" (İrlandiya)

Qeyd edək ki, Avroliqada qrup mərhələsinin ilk turu sentyabrın 15-də keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti