`Huffington Post`: `Ermənistan hələ də Rusiyanın müstəmləkəsi olaraq qalır`

`Huffington Post`: `Ermənistan hələ də Rusiyanın müstəmləkəsi olaraq qalır`
  26 Avqust 2016    Oxunub:8532
"Ermənistan keçmiş sovet respublikaları arasında ən yoxsul dövlətdir”.

AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "Huffington Post" nəşrində erməni müəllif Armine Saakyanın SSRİ-dən ayırılıb müstəqilliyininin 25-ci ildönümü ərəfəsində Ermənistanın fəlakətli vəziyyətinə həsr olunan məqaləsində yazılıb.

Yazıda qeyd olunur ki, Ermənistanda korrupsiya gündən-günə atır, kasıbla varlı arasında ciddi fərq var: “Erməniləri ətrafda nəyin baş verdiyi maraqlandırmır. Onlar yalnız sağ qalmaq barədə düşünürlər. 2013-cü ildə ölkədə qəbul edilən təqaüd islahatları təqaüdçülərə köpmək etməyib. Əksinə, işləyən insanların məvacibini pensiya sisteminə daha çox yönəltməklə, onların gəlirlərini azaldıb. Tələbələr nüfuzlu universitetlərə yalnız rüşvət verərək girirlər. Onlar bu yolla dərslərdə də iştirak etməyə bilirlər. Pul səhiyyə sahəsində də "danışır". Əgər sənin əməliyyata və ya ciddi müalicəyə ehtiyacın varsa, yenə rüşvət vermək üçün pulun olmalıdır. Əks halda, sən uzun müddət yaşaya bilməzsən”.

İndiki Ermənistanı Sovet dövründəki ilə müqayisə edən nəşr qeyd edir ki, əvvəllər erməni tələbələr SSRİ-nin nüfuzlu universitetlərinə qəbul olunurdular, indi isə ölkənin elit ali təhsil ocaqlarına daxil olmaq üçün rüşvət verməlisən: "Eyni durum səhiyyə sahəsində də mövcuddur. Əməliyyat olunmalısınızsa, rüşvət versəz yaxşıdır, əks halda uzun müddət yaşamayacaqsız".

Məqalədə Ermənistanda yaranmış durum ölkənin Rusiyadan asılı olması ilə əlaqələndirilir: “Ermənistanın müstəqillikdən bəri düzəlməməsinin ən böyük səbəbi onun sözdə müstəqil olmasıdır. Reallıqda isə ölkə hələ də Rusiyanın müstəmləkəsidir. Rusiya Ermənistanın aldığı təbii qazın əksəriyyətini verir. O, həmçinin ölkə böyü qaz boru xətlərinin sahibidir. Bununla yanaşı, Rusiya şirkətləri Ermənistandakı ən böyük elektrik müəssisələrinin sahibidirlər.

Məqalənin müəllifi ölkənin 2013-ci ildə Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamaqla Rusiyanın asılılığından çıxmaq üçün şansı olduğunu, lakin Vladimir Putinin Serj Sarkisyanı danışıqlar üçün yanına çağırdığını xatırladıb: "Danışıqların iştirakçılarından başqa heç kim prezidentlərin nə danışdığını bilmir, lakin Putinin Sarkisyanın qarşısına ultimatum qoyduğun aydın məsələdir. Çünki bu görüşdən sonra Ermənistan Avrasiya İttifaqına daxil olduğunu bəyan etdi. Ermənistanda qərbyönümlü hökumətin olmasını ən az Putin istəyir".

Müəllif məqalənin sonunda vurğulayır ki, Ermənistanın müstəqilliyinin 25-ci ildönümünü sevinclə qeyd etməyəcək, çünki onun ölkəsi müstəqil deyil.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti