Türkiyədə avtobus dərəyə aşdı: 8 ölü

Türkiyədə avtobus dərəyə aşdı: 8 ölü
  26 Avqust 2016    Oxunub:2252
Türkiyənin Hatay vilayətində ağır yol nəqliyyat hadisəsi baş verib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, təkəri partlayan mikroavtobus dərəyə aşıb. Hadisə nəticəsində 8 nəfər ölüb, çox sayda insan yaralanıb.

Qəza baş verən əraziyə çox sayda təcili tibbi yardım maşınları cəlb edilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti