Moskva polisi həmyerlilərimizi saxlayıb

Moskva polisi həmyerlilərimizi saxlayıb
  06 Avqust 2013    Oxunub:1120
Rusiyanın paytaxtı Moskvada miqrantlara qarşı əməliyyatlar davam edir
Bu dəfə meyvə tərəvəz bazarlarında reyd keçirən Moskva polisi minə yaxın miqrantı nəzarətə götürüb. Saxlanılanlar arasında azərbaycanlılar da var. Paytaxtın Dolqoprudni rayonundakı nəhəng meyvə-tərəvəz anbarına baxış zamanı Rusiya OMON-u 600 miqrantı nəzarətə götürüb.

Rusiya daxili işlər nazirliyinin verdiyi məlumata görə, azərbaycanlılardan biri polisi döyməyə cəhd edib. Nəzarətə götürülən şəxs, 20 min rubl cərimələnib.

Rusiyalı rəsmilər hesab edir ki, burda yaxalanan miqrantlar ölkədə qanunsuz fəaliyyət göstərməklə yanaşı, sanitar qaydalara riayət etmədiklərinə görə insanların həyatına təhlükə yaradırlar.

Solneçnoqorski rayonunda da reyd keçirən Moskva polisi 300-dən çox gəlməni nəzarətə götürüb.

S.Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti