Elşad Abdullayevin yazdığı təhdid SMS-ləri

Elşad Abdullayevin yazdığı təhdid SMS-ləri
  25 Fevral 2013    Oxunub:1884
“KQB”nin mərhum polkovniki Rövşən Heydərovun qızı Səyyarə Heydərova fəaliyyəti dayandırılan ABU-nun Fransada məskunlaşan sabiq rektoru Elşad Abdullayevin ona yazdığı mesajları yayıb.
Xatırladaq ki, bu, o S.Heydərovadır ki, Fransada məskunlaşan MTN-nin mühüm işlər üzrə sabiq müstəntiqi Ramin Nağıyevin bizə göndərdiyi sənədlərdə onun sabiq millət vəkili G.Əhmədovaya E.Abdullayevin yaydığı videokadrların ekspertizasına Moskvadan rəy almasına köməklik etdiyi göstərilirdi. Hətta onun hava limanından geri qaytarıldığı və polisə aparılıb dindirildiyi də söylənilib. S.Heydərova isə ona qarşı irəli sürən ittihamları rədd edərək bildirib ki, söylənilənlər düz deyil: “Mənim Gülər Əhmədova ilə ailə yaxınlığım olmayıb. Sadəcə onun oğlu Toğrul kimdənsə telefon nömrəmi əldə edib mənə bu məsələdə onlara köməklik etməyimi xahiş edib. Mən də sənədləri Bakıdan Moskvaya göndərmişəm. Moskvada olmamışam və məni polis də saxlamayıb”.

S.Heydərova onu da deyib ki, E.Abdullayev, E.Nəcəfzadə və R.Nağıyev daim onu narahat edib və telefonuna, face səhifəsinə mesajlar yazıblar: “Məndən nə istəyirlər, başa düşə bilmirəm. Məni rahat buraxmırlar. Onların mənə göndərdikləri mesajları sizə göndərirəm…”.

Bu dəfə E.Abdullayevin S.Heydərovaya göndərdiyi mesajları təqdim edirik. İlk mesaj ötən ilin noyabrın 4-də, sonuncusu isə dekabrın 10-da yazılıb. Amma S.Heydərova E.Abdullayevin heç bir müraciətinə cavab yazmayıb.

Mesajları ardıcıllıqla sizə təqdim edirik:

- Salam

***
- Siz mənə vaxt ayıra bilərsizmi? Niyə görə cavab vermirsiz?

***
- Səyarə xanım, mənim vəkilim sizinlə əlaqə qura bilərmi? Bəzi məsələləri sizinlə razılaşdırmalıyam ki, gələcəkdə necə hərəkət edəcəyimi biləm. Siz gördünüz də onlar mənlə necə davrandılar. Universiteti bağladılar, milyon manatlarla pulumu aldadıb aldılar, qardaşımı öldürdülər. Biz Eynulla ilə məsləhətləşmişik, amma sizinlə də danışmaq istəyirəm. Bizim danışığımızı heç kim bilməyəcək.

***
- Səyarə xanım, gəlin skaypla danışıb bütün nüansları müzakirə edək. Nə vaxt danışa bilərik, yazın mənə.

***
- Mən Ərəstun Oruclu ilə də danışdım, o üçüncü günədək mənə cavab verəcəyini dedi. Onun indi çox işi var. Səyarə xanım, imkan olsa mənə yazın, mən yalnız sizin cavabınızı gözləyəcəm, sizinlə danışmaq istəyirəm.

***
- Səyarə xanım, biz sadəcə atacağımız sonrakı addımlarımızı müzakirə etməliyik. Mən Azərbaycanın istintaq orqanlarının ədalətliyinə inanmıram. Mənə qardaşımı tapmaq üçün kömək lazımdır. Onu oğurlayanlar qanun qarşısında cavab verməlidirlər. Mən sizin cavabınızı gözləyirəm.

***
- Mən sizinlə yeni ideyalarımı bölüşmək istəyirəm. Biz sadəcə danışaq, sizə bir neçə sual verəcəm.

***
- Səyarə xanım, siz yaxşı adamsız, mənim dostlarım sizin haqqınızda yaxşı fikirdədirlər. Mənə sizinlə əlaqə qurmağa məsləhət biliblər. Sizi başa düşə bilmirəm ki, niyə cavab vermirsiz. Siz hüquq müdafiəçisiz, mən isə zərərçəkən. Siz mənə qulaq asmalı və kömək etməlisiz.

***
- Səyarə xanım, mən bütün çəkilişlərin surətini göndərərəm, baxın və mənə cavab verin. Cavabınızı gözləyəcəm. İstəməzdim ki, hələlik bizim danışığımızı kimsə bilsin. Sizinlə danışmaq istəyimi heç kimə deməmişəm. Szi də hələlik heç kimə deməyin.

***
- Siz neçə gündür ki, mənə cavab vermirsiz. Görürsüz ki, artıq həbslər başlayıb, tezliklə elə adamlar həbs olunacaqlar ki, heç ağlınıza gəlməyəcək. Mən sizə bir şey göstərmək istəyirəm, əgər çətin deyilsə cavab verin mənə. Mən sizdən böyüyəm və cavab vermək sizin borcunuzdur. Bilirəm ki, buradasız, məndən başqa hamıya cavab verirsiz.

***
- Mən sizi təhdid etmək istəmərəm, amma lazımdırsa, buna da gedərəm…….

***
- Səyarə xanım, siz ağıllısız, bu çətin yolda durmaq lazım deyil.

***

- Bu mənim sizə sonuncu müraciətimdir. Sizin plan uğursuz oldu. (Çox güman ki, E.Abdullayev dekabrın 10-da Avrasiya.net-də “Gülər Əhmədovanın Moskva “planı” baş tutmadı” yazısını nəzərdə tutub) Sizə mənim tərəfimdə oynamağı təklif edirəm. Saytlara baxın və hər şey sizə aydın olacaq. Mənim adamım sizinlə əlaqa yaradacaq. Sizin haqqınızda hər şey bilirəm, sizi tanıyıram. Düz seçim edin.

Qeyd: E.Abdullayevin dediyi adam isə Emil Nəcəfzadədir.
(qafqazinfo)



Teqlər:  





Xəbər lenti