28 məhbus həbsxanadan qaçıb

28 məhbus həbsxanadan qaçıb
  28 Avqust 2016    Oxunub:1609
Filippində “Maute” qruplaşması ölkənin cənubundakı Maravi şəhərində həbsxanaya hücum edib.
Bu barədə RİA Novosti agentliyi “France-Presse”ə istinadla xəbər yayıb.

Bildirilir ki, bir həftə əvvəl həbs edilmiş “Maute” qruplaşmasının 8 üzvü, həmçinin müxtəlif cinayət əməllərinə görə məhkum edilmiş 20 məhbus həbsxanadan qaçıb.

Qeyd edək ki, “Maute” qruplaşması bir müddət əvvəl İŞİD terrorçu qruplaşması ilə müttəfiq olduğunu bəyan edib.

AzVision.az



Teqlər:  





Xəbər lenti