Üsyançılar Hələb aeroportunu tutdu

Üsyançılar Hələb aeroportunu tutdu
  06 Avqust 2013    Oxunub:956
Prezident Bəşər Əsədi hakimiyyətdən devirmək üçün mübarizə aparan Suriya üsyançıları Hələb əyalətində yerləşən strateji aviabazanı ələ keçiriblər.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, həmin baza Türkiyə ilə sərhəddə yerləşir.

Suriya İnsan Haqlarına Nəzarət təşkilatının məlumatına görə, üsyançılar Menah aeroportunu tutublar. Üsyançılar həmçinin Latakiya əyalətindəki bir neçə kəndi ələ keçiriblər.

Qeyd edək ki, Hələbin şimalında yerləşən Menah aeroportu keçən ilin dekabrından mühasirəyə alınıb. Yaxın aylarda üsyançılar ərazini qismən tutmağa nail olmuşdular. Aeroport üzərində gedən döyüşdə 10 üsyançının öldüyü bildirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti