İslam Kərimovun qızı: `Atam insult keçirib`

İslam Kərimovun qızı: `Atam insult keçirib`
  29 Avqust 2016    Oxunub:2662
Özbəkistan prezidenti İslam Kərimovun qızı atasının sağlıq durumu ilə bağlı açıqlama verib.
AzVision.az xəbər verir ki, bu barədə Kərimovun kiçik qızı Lola Kərimova-Tillyayeva özünün “İnstagram” səhifələrində insult olduğunu yazıb.

Lola, ötən şənbə günü Özbəkistan prezidentinin beyninə qan sızdığını və xəstəxanaya aparıldığını, hazırda reanimasiya şöbəsində müalicə olunduğunu bildirib: “Onun gələcək durumu barədə hər hansı proqnoz vermək hələ tezdir”.

Xatırladaq ki, 1989-cu ildən bəri Özbəkistanı idarə edən İslam Kərimov 78 yaşındadır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti