Gəncədə polis serjantı güllələndi

Gəncədə polis serjantı güllələndi
  25 Fevral 2013    Oxunub:1565
Onun tapança ilə ehtiyatsız davrandığından özü-özünü vurduğu söylənilir.
Bu gün Gəncə şəhərində silahlı insident baş verib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Gəncə şəhərinin Azadlıq prospektində yerləşən “AFB” bankının filialında Mühafizə polisinin əməkdaşı Həsənov Rişad Xəyyam oğlu güllələnib. Ayaq nahiyəsindən xəsarət almış polis serjantı xəstəxanaya yerləşdirilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, 1988-ci ildə Goranboy rayonunda anadan olmuş polis serjantı özü-özünü vurub. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. 25 yaşlı R.Həsənov xəstəxanaya yerləşdirilib. Faktla əlaqədar hadisə yerində araşdırmalar aparılır, bank binasına əməliyyat qrupu gəlib.

Qeyd edək ki, xidməti tapançadan açılan atəş nəticəsində güllə yarası alan polis əməkdaşı elə həmin bank filialının mühafizəçisidir.


Teqlər:





Xəbər lenti