Qiyamçı polkovnik Ərdoğanın təyyarəsini vurmaq əmri verir – VİDEO

Qiyamçı polkovnik Ərdoğanın təyyarəsini vurmaq əmri verir – VİDEO
  30 Avqust 2016    Oxunub:6235
15 iyul gecəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsini vurmaq əmri vermiş Fətullah Gülən terror təşkilatı (FETÖ) üzvlərinin radioəlaqə ilə danışıqlarının audioyazısı açıqlanıb.

AzVision.az Virtualaz.org-a istinadən xəbər verir ki, dövlət başçısının təyyarəsinin vurulması əmrini verən general Akın Öztürkün kürəkəni polkovnik-leytenant Hakan Karakuş olub.

Bildirilir ki, H.Karakuş məhkəmədə Fətullah Gülənlə əlaqəli olmadığını deyib.

“Qətiyyən FETÖ-çü deyiləm. Çevriliş cəhdində rolum olmayıb”, - deyə o bildirib.

15 iyul gecəsi silahlı çevrilişə cəhd edənlərin “Ərdoğanın təyyarəsini vurun” əmrini verdiyi səs yazısını diqqətinizə çatdırırıq:




Teqlər:  





Xəbər lenti