Türkiyəyə raket mərmisi düşüb: 6 yaralı

Türkiyəyə raket mərmisi düşüb: 6 yaralı
  30 Avqust 2016    Oxunub:1195
Türkiyənin Suriya ilə sərhəddə yerləşən Kilis vilayətinə 3 raket mərmisi düşüb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərmilərdən biri küçəyə, digər ikisi isə boş əraziyə düşüb. Partlayışda ikisi uşaq olmaqla 6 nəfər yaralanıb.

İndiyə qədər Suriyada terrorçu qruplaşmaların atdığı raket mərmiləri nəticəsində Kilisdə 21 nəfər həlak olub.

AzVision.az


Teqlər:





Xəbər lenti