İslam Kərimovun ölüm xəbəri təkzib olundu - Yenilənib

İslam Kərimovun ölüm xəbəri təkzib olundu - Yenilənib
  30 Avqust 2016    Oxunub:3487
Özbəkistan prezidenti İslam Kərimovun ölüm xəbəri təkzib olunub.
AzVision.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə prezident aparatındakı mənbə bildirib.

“Prezident İslam Kərimovun vəziyyəti sabitdir”, deyə mənbə bildirib.

***

Özbəkistan prezidenti İslam Kərimovun dünyasını dəyişməsi ilə bağlı xəbər yayılıb.

AzVision.az xəbər verir ki, bu barədə Fərqanı agentliyi məlumat yayıb.

İslam Kərimovun ölüm xəbəri rəsmi formada təsdiqini tapmayıb.

Qeyd edək ki, İslam Kərimov avqustun 27-də xəstəxanaya yerləşdirilib. Onun insult keçirdiyi məlum olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti