Amerikalı məşhur aktyor, Mel Bruksun komediyalarının əsas siması Cin Uaylder 83 yaşında vəfat edib.
AzVision.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, aktyor Konnektikut ştatının Stamford şəhərindəki evində Alzheimer xəstəliyi nəticəsində dünyasını dəyişib.