FETÖ əməliyyatı davam edir: 35 jurnalist tutuldu

FETÖ əməliyyatı davam edir: 35 jurnalist tutuldu
  30 Avqust 2016    Oxunub:1984
İstanbul Baş Prokurorluğu Fətullahçı Terror Təşkilatının (FETÖ) media qurumlarına qarşı əməliyyat keçirib.
AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı 35 jurnalistin saxlanılması barədə qərar verilib.

Saxlanılan 35 nəfərin 9-u barəsində həbs qərarı verilib.

Həbs edilənlər jurnalistlər: hurriyet.com.tr-nin redaktoru Dinçer Gökçe, Nurullah Öztürk, Rasih Yılmaz, Murad Aksoy, Abdullah Alparslan Akkuş, İskəndər Yunus Tiryaki, Levent Arap, Ömər Şahin, Ayhan Şimşəkdir.

Barəsində saxlanılma qərarı verilən Ergun Babahan, professor Osman Özsoy və Şəmsəddin Efenin isə ölkə xaricində olduğu təsbit edilib.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti