`Atəşkəs müvəqqətidir, əhali Qarabağdan qaçır...` - Erməni tərəfi

`Atəşkəs müvəqqətidir, əhali Qarabağdan qaçır...` - Erməni tərəfi
  30 Avqust 2016    Oxunub:11224
Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “baş naziri” Araik Aratunyan aprel döyüşləri ilə bağlı erməni KİV-lərinə müsahibə verib.

Araik Aratunyan bildirib ki, hələ aprel ayından öncə qoşunların təmas xəttində aktivliyin olacağı gözlənilirdi:

“Əgər biz 2014-cü ilin avqust, 2015-ci il və 2016-cı ilin ilk rübünü xatırlasaq, görərik ki, münaqişə bölgəsində toqquşmalar olub. Ona görə də biz anlamalıyıq ki, atəşkəs müvəqqətidir. Təmas xəttində atəşin azalması o anlama gəlmir ki, həmişə belə olacaq. Biz ordu hazırlığına diqqət ayırmalıyıq”.

Aratunyan aprel döyüşlərindən sonra Talış kəndində yaşayan ermənilərin Qarabağ ərazini tərk etdiyini etiraf edib: “Talış kəndinin sakinləri Ermənistan və ya digər ölkələrə köçüblər. Talış kəndində əvvəllər 500-ə qədər erməni yaşayıb. Madagiz kəndinin sakinləri də yaşadıqları ərazini tərk ediblər. Aprel döyüşlərindən sonra bir çox kəndlərin sakinləri də Qarabağdan gediblər”.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti