Patrik Hikki həbsdən azad edildi

Patrik Hikki həbsdən azad edildi
  30 Avqust 2016    Oxunub:2063
`Rio-2016` Olimpiya Oyunları zamanı qanunsuz bilet alverində ittiham olunan Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Braziliya həbsxanasından azad edilib.
AzVision.az xəbər verir ki, 71 yaşlı Hikki istintaq müddətini ev dustağı kimi keçirəcək.

Onun evə buraxılmasına səhhətindəki problemlər səbəb olub.

Eyni zamanda İrlandiya Olimpiya Komitəsinin prezidenti vəzifəsi səlahiyyətlərini də yerinə yetirən Hikki cəmiyyət üçün təhlükəli olmadığından və istintaqın gedişinə təsir edə bilməyəcəyindən məhkəmə zalından ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, Hikki Rio Olimpiadasının gedişində həbs olunmuşdu.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti