İqtisadiyyat naziri istefa verdi

İqtisadiyyat naziri istefa verdi
  31 Avqust 2016    Oxunub:1659
Fransanın iqtisadiyyat naziri Emmanuel Macron istefa qərarını açıqlayarkən, gələn il keçiriləcək prezident seçkilərində namizədlik siqnalı də verib.
Anadolu agentliyinin məlumatına görə, Macron 2 illik nazirlik fəaliyyətinə bu gün son qoyub. Həftələrdir istefa edəcəyi söylənilən Macronun günorta saatlarında nazirliyin şəxsi heyəti ilə görüşü və Fransa Prezidenti Fransua Ollandla görüşmək üçün Yelisey sarayında getməsi ilə bu məsələ gerçəklik qazanıb.

Görüşdən sonra Yelisey sarayından gələn açıqlamada deyilir “Prezident Fransua Olland 2014-cü ildən bu yana göstərdiyi xidmətlər üçün Macrona təşəkkür edib”.

Macron daha sonra İqtisadiyyat Nazirliyində verdiyi açıqlamada, "Azad və məsuliyyətli olmaq adına bir qərar verdim, demə, təklif etmə, hərəkətə keçmə və bir araya gətirmə adına, yeni bir ümidin əmələ gəlməsinin səbəbkarı olmaq üçün" sözləri ilə prezident seçkilərində namizəd olacağına işarə verib.

O deyib: “Gələn ildən etibarən, dəyərlərimiz, fikirlərimiz və fəaliyyətlərimizin Fransanın dəyişdirilməsi üçün hər şeyi etməkdə qərarlıyam".

AzVision.az


Teqlər:  





Xəbər lenti