Məmmədyarov Almaniyaya gedir

Məmmədyarov Almaniyaya gedir
  31 Avqust 2016    Oxunub:1475
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 1-də Almaniyanın Potsdam şəhərində keçiriləcək ATƏT üzv dövlətlərinin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında, sentyabr 3-də isə Slovakiyanın paytaxtı Bratislava şəhərində keçiriləcək Avropa İttifaqı üzv dövlətlərinin Şərq Tərəfdaşlığı ölkələri ilə qeyri-rəsmi görüşündə iştirak edəcək.
Bu barədə AzVision.az-a Azərbaycan XIN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Elmar Məmmədyarovun hər iki tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti