İslam Kərimovun qızı xalqı təbrik etdi

İslam Kərimovun qızı xalqı təbrik etdi
  31 Avqust 2016    Oxunub:3948
Özbəkistan prezidenti İslam Kərimovun qızı Lola Kərimova-Tillyayeva vətəndaşları Müstəqillik Günü münasibətilə təbrik edib.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Səmimi qəlbdən həmvətənlilərimi Müstəqillik Günü münasibətilə təbrik edirəm! Mən əməksevər, sonsuz istedada və mərhəmətli ürəyə malik Özbəkistan xalqına xoşbəxtlik, çiçəklənmə və əmin-amanlıq arzulayıram”, - deyə Lola Kərimova-Tillyayeva öz “İnstagram” səhifəsində yazıb.

Lola, ötən şənbə günü Özbəkistan prezidentinin beyninə qan sızdığını və xəstəxanaya aparıldığını, hazırda reanimasiya şöbəsində müalicə olunduğunu bildirib: “Onun gələcək durumu barədə hər hansı proqnoz vermək hələ tezdir”.

Xatırladaq ki, 1989-cu ildən bəri Özbəkistanı idarə edən İslam Kərimov 78 yaşındadır.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti