Aprel döyüşlərində yaralanan erməni əsgər çətin durumda

Aprel döyüşlərində yaralanan erməni əsgər çətin durumda
  31 Avqust 2016    Oxunub:4790
Aprel döyüşləri zamanı Talış bölgəsində yaralanan erməni əsgər Avetis Zarqaryanın anası Ermənistanın müdafiə naziri Seyran Ohanyana məktubla müraciət edib.
AzVision.az-ın “News.am”-a istinadən verdiyi xəbərə görə, əsgərin anası Sonya jurnalistə bildirib ki, nazirə iki həftə əvvəl məktub göndərməsinə baxmayaraq, hələ də ona cavab verilməyib.

Əsgər anası məktubunda nazirdən övladının xaricə müalicəyə göndərilməsini xahiş edib.

Qeyd edək ki, aprel döyüşlərində Avetis Zarqaryan çənə nahiyyəsindən güllə yarası alıb. Bundan əlavə onun bel sümüyü zədələnib. Avetisin uzun müddət vəziyyəti pis olub. Onu yalnız bu yaxınlarda palataya köçürüblər.

“Hazırda onun reabilitasiya müalicəsinə ehtiyacı var. Mütəxəssislər onun müalicəsinin xaricdə aparılmasının vacibliyini vurğulayıblar”, - deyə Sonya bildirib.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti