Almaniyada partlayış təhlükəsi - Aeroport boşaldılır

Almaniyada partlayış təhlükəsi - Aeroport boşaldılır
  31 Avqust 2016    Oxunub:2395
Almaniya federal polisi Frankfurt-na-Mayn aeroportunda təxliyə işləri aparır.
"Bild" qəzetinin yazdığına görə, buna səbəb kimi partlayış təhlükəsinin olması göstərilir.

Nəşrin məlumatına əsasən, qadın sərnişinlərdən biri yoxlanılarkən metal axtaran aparat işə düşüb, həmin sərnişin isə qaçaraq gizlənib. Nəticədə terminallardan birində təxliyənin aparılması barədə qərar qəbul olunub.

Qeyd edək ki, Frankfurt hava limanı Avropada ən iri 4-cü aeroportdur.

AzVision.az


Teqlər:





Xəbər lenti