Bakıda konsert verən məşhur müğənni həbs edildi

Bakıda konsert verən məşhur müğənni həbs edildi
  31 Avqust 2016    Oxunub:9304
Amerikalı pop-müğənni Kris Braun avqustun 30-da odlu silahla hücum etməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılıb.
AzVision.az `Reuters`-ə istinadən xəbər verir ki, həbsdən öncə polis onun Los-Ancelesdəki evində axtarış aparıb.

Məlumata görə, müğənni bir müddət sonra evi tərk edən qadına silah çəkib. Qadın polisə zəng edərək yardım istəyib. Münaqişənin səbəbi aydın deyil, qadının adı da açıqlanmayıb.

Los – Anceles polis departamenti 250.000 dollar müqabilində Kris Braunu zaminə buraxıb. Müğənni heç bir günahının olmadığını bildirib.

Xatırladaq ki, Bakıda Kris Braun Formula 1 şəhərciyində xüsusi konsert proqramı ilə çıxış edib.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti