Türkiyə ABŞ-ın cavabını verdi

Türkiyə ABŞ-ın cavabını verdi
  31 Avqust 2016    Oxunub:2553
“ABŞ-ın Türkiyə ilə PYD və YPG-ni bir tutan açıqlamaları qəbuledilməzdir”.
AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, belə bir açıqlama ilə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın çıxış edib.

O, qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri sərhəddə təhlükəsizliyi təmin etmək üçün əməliyyatlar keçirir: “Əməliyyatların başlıca məqsədi ərazinin terrorçulardan təmizlənməsidir. Buna rəğmən, ABŞ-ın Türkiyə ilə PYD və YPG-ni bir tutan açıqlamaları qəbuledilməzdir”.

Türkiyənin PYD ilə razılaşması haqda iddialara gəlincə, Kalın bildirib: “Türkiyənin PYD ilə hər hansı bir razılığa gəlməsi müzakirə mövzusu deyil. PKK-nın Suriya qolu olan PYD terror təşkilatıdır. Bu baxımdan Türkiyənin terror təşkilatı, onun hansısa qanadı ilə razılığa gəlmək niyyətində deyill”.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti