Ərdoğan İsraillə razılaşmanı təsdiqlədi

Ərdoğan İsraillə razılaşmanı təsdiqlədi
  31 Avqust 2016    Oxunub:1491
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-İsrail münasibətlərinin normallaşmasına dair razılaşmanı təsdiqləyib.

Bu barədə AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Qeyd edək ki, anlaşmaya görə, İsrail 31 may 2010-cu ildə baş verən Mavi Mərmərə hadisəsi zamanı yaxınlarını itirənlərə ödənmək üçün Türkiyəyə 20 milyon dollar ödəyəcək.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti