İslam Kərimov sağ olduğunu sübut etdi

İslam Kərimov sağ olduğunu sübut etdi
  01 Sentyabr 2016    Oxunub:5154
Son günlər haqqında ölüm xəbərləri yayılan Özbəkistan prezidenti İslam Kərimov Respublikanın müstəqilliyinin 25 illiyi münasibətilə xalqı təbrik edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, prezidentin təbriki Özbəkistanın dövlət televiziyasının efirində səsləndirilib.

İslam Kərimov xalqa müraciətində ölkənin iqtisadi inkişafından danışaraq cari kursun davam etdirilməsinin vacib olduğunu vurğulayıb.

Efir zamanı, həmçinin digər dövlət və hökümət başçıları tərəfindən Özbəksitan liderinə ünvanlanan təbrik məktubları oxunub.

Qeyd edək ki, İslam Kərimov avqustun 27-də xəstəxanaya yerləşdirilib. Onun insult keçirdiyi məlum olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti