Məkkədən təzə ay açıqlaması

Məkkədən təzə ay açıqlaması
  07 Avqust 2013    Oxunub:3745
Müqəddəs Kəbədə Quran xətmi ilə qılınan təravih namazı ötən gecə başa çatıb
Səudiyyə Ərəbistanı Aıi məhkəməsi 6 avqust çərşənbə axşamı gününün gecəsində ramazan ayının başa çatdığını bildirən təzə ayın görünmədiyini açıqlayıb. Ramazanın əvvəlindən müqəddəs Kəbədə Quran xətmi ilə qılınan təravih namazı isə ötən gecə başa çatıb.

Səudiyyə Ərəbistanında hər il ramazan ayının başlamasını və başa çatmasını bildirən təzə ayın görünməsi üçün ölkənin hər yerində müşahidəçilər olur. Təzə ay göründüyü anda isə ölkənin Ali məhkəməsinə xəbər verilir və araşdırmalardan sonra rəsmilər ramazanın başlamasını və bayram gününü elan edirlər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı ramazan ayına Azərbaycanla eyni gündə - avqustun 10-da başlayıb.


Teqlər:





Xəbər lenti