"Yeni müharibə, yeni ərazilər" dediniz, Qarabağ əldən çıxdı"- Şarmazanov

 "Yeni müharibə, yeni ərazilər" dediniz, Qarabağ əldən çıxdı"-  Şarmazanov
  10 Avqust 2021    Oxunub:2268
Ermənistanın eks-prezidenti Serj Sarkisyanın “Respublika” partiyasının mətbuat katibi, keçmiş vitse-spiker Eduard Şarmazanov ölkənin hazırkı ağır durumu haqqında danışıb. Azvision.az xəbər verir ki, o artıq Ermənistanın suverenliyindən əsər-əlamət qalmadığını bildirib:

"Suverenlik və təhlükəsizlik haradadır? Ölkənin suverenliyinə və təhlükəsizliyinə xələl gətirən qüvvə utanmadan suverenlikdən danışır. "Yeni müharibə, yeni ərazilər" dediniz. Nəticədə Qarabağ düşmənə qayıtdı. Bəyan etdiniz ki, Qarabağın səması qorunur. Nə gördük? Havadan bomba dolu kimi yağdı. Təslim olmağın simvolu belə oldu: "Danışıqlara öz nöqteyi -nəzərimdən başlayıram". Nəticədə nə oldu? Türk Şuşaya qədər çatdı. O (Nikol Paşinyan-red.) dedi ki, nə etmək olar, mən də danışıqlar aparacağam. Nəticə: 10 Noyabr və 11 yanvar tarixlərində düşmən qarşısında təslimçiliyə imza atdı. Onun sözlərinə görə, Ermənistanın suverenlik səviyyəsi kəskin şəkildə qalxacaq. Amma türklər cəmi üç ayda 1000 əsgərlə sərhədi keçdi və yeni tələblər diktə etdi. Səriştəsiz və anti-milli addımlarınız nəticəsində Qarabağın təslim edilməsinə və Azərbaycan silahlı qüvvələrinin Ermənistan "ərazilərində" yerləşdirilməsinə səbəb oldunuz. 19-20 oktyabr tarixlərində Rusiya prezidentinin müharibəni bitirmək təklifini rədd etmişdiniz. Bunun da ağır nəticələri kimi Hadrut, Şuşa və minlərlə gəncin ölümü gəldi. Sizin "suveren" siyasətiniz nəticəsində türklər bu gün Ermənistandadırlar. Və bütün bunlardan sonra hələ də danışırsan?"
Tural Tağıyev
Azvision.az




Teqlər: Ermənistan   Azərbaycan   Qarabağ  



Xəbər lenti