`Əliyevlə mühüm məsələləri müzakirə etdik` - Gürcü baş nazir
Bu sözləri Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycana səfərinin yekunlarına dair jurnalistlərə müsahibəsində deyib.
Baş nazir bildirib ki, Azərbaycan ilə Gürcüstan strateji əhəmiyyət kəsb edən çox əhəmiyyətli regional iqtisadi layihələr həyata keçirirlər: ““Cənub Qaz Dəhlizi”, Cənubi Qafqaz Qaz Boru Kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikintisinin davam etdirilməsi, eləcə də digər layihələr barədə müzakirələr apardıq və mühüm razılaşmalarımız oldu”.
“Deyə bilərəm ki, səfərim və ümumilikdə apardığımız danışıqlar bizim üçün çox əhəmiyyətli oldu”, – deyə Baş nazir vurğulayıb. (Azərtac)
AzVision.az