`Bir saata 2 milyon insanı ABŞ-dan qovacağam` – Tramp

`Bir saata 2 milyon insanı ABŞ-dan qovacağam` – Tramp
  01 Sentyabr 2016    Oxunub:12228
ABŞ prezidentliyinə namizəd Donald Tramp andiçmə mərasimindən bir saat sonra iki milyon immiqrantı ölkədən qovacağını bəyan edib.
AzVision.az “BBC”-yə istinadən xəbər verir ki, bu barədə Tramp Arizonada immiqrasiya mövzusunda çıxışı zamanı bildirib.

Bu çıxış Trampın Meksika prezidenti ilə görüşündən cəmi bir neçə saat sonra baş tutub.

İşin maraqlı tərəfi budur ki, Meksika səfəri və prezidentliyə digər namizəd Hilari Klintondan səs faizlərinə görə geri qalmasına baxmayaraq Tramp öz immiqrasiya ritorikasından əl çəkmir. O, yenə də Meksika ilə sərhəddə divar tikəcəyini bildirib.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti