Türkiyənin DİN rəhbəri niyə istefa verdi? - Səbəb

Türkiyənin DİN rəhbəri niyə istefa verdi? - Səbəb
  01 Sentyabr 2016    Oxunub:4234
Türkiyənin daxili işlər naziri Əfqan Alanın istefaya getməsinin səbəbi prezident Rəcəb Tayyib Ərdoğanın onun işindən narazı qalması ilə bağlıdır.
Bu barədə "Hürriyet" qəzeti məlumat verib. Qəzetin daha əvvəl verdiyi məlumata görə, Ə.Ala qeyd etmişdi ki, ölkə kəşfiyyatının 7 min işçisindən təqribən 6,5 mini Fəthullah Gülən hərəkatının tərəfdarıdır və bu bəyanat Türkiyə hökuməti tərəfindən olduqca mənfi qarşılanmışdı.

Ə.Alanın istefasının digər səbəbi isə hərbi çevriliş günü onunla əlaqə saxlamağın mümkün olmaması ilə əlaqədardır.

Məlumata görə, həmin vaxt daxili işlər naziri Ankarada yox, Ərzurum vilayətində olub.

Qeyd edək ki, istefadan əvvəl Ankarada Ə.Ala ilə Azərbaycanın daxili işlər naziri Ramil Usubov arasında görüş olmuşdu.

AzVision.az


Teqlər:





Xəbər lenti