Albaniyada hakimiyyət dəyişdi

Albaniyada hakimiyyət dəyişdi
  07 Avqust 2013    Oxunub:1064
Solçular hakimiyyətə gəldi
Albaniyada Parlament seçkiləri keçirilib və ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, solçuların "Avropalı Albaniya İttifaqı" koalisiyası sağçıların "İş, rifah və inteqrasiya" koalisiyasına 313 min 227 səs artıq olmaqla, qalib gəlib. Solçular səslərin 57.63 faizini qazanmaqla, Parlamentdə 83 yer əldə edib.
Məlumata görə, seçicilərin 39.41 faizinin dəstəyini alan sağ koalisiya 57 deputat yeri qazanıb.

Sol koalisiyada ən böyük partiya olan Sosialist Partiyası yeni parlamentdə 65, İnteqrasiya Sosialist Hərəkatı Partiyası 16 yer əldə edib.

Sağ koalisiyada isə ən böyük partiya olan Demokratik Partiya 46 deputat kürsüsü qazana bilib.

Yeni parlament sentyabrda fəaliyyətə başlayacaq.


Teqlər:  





Xəbər lenti