Serbiyalı qapıçı rəsmən `Qarabağ`da

Serbiyalı qapıçı rəsmən `Qarabağ`da
  01 Sentyabr 2016    Oxunub:2132
"Qarabağ" 2016/2017-ci illər mövsümü üçün növbəti transferini reallaşdırıb.
AzVision.az klubun saytına istinadən xəbər verir ki, komanda heyətini qapıçı ilə gücləndirib. Ağdam təmsilçisi serbiyalı Boyan Şaranovla münasibətləri rəsmiləşdirib.

Son mövsümü Serbiyanın "Partizan" klubunda keçirən qolkiperlə iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, Serbiya millisinin üzvü olan B.Şaranov bu ilin yanvar ayından "Partizan"da çıxış edirdi. O, Belqrad klubunda 18 oyun keçirib. B.Şaranov indiyə qədər bir dəfə Serbiya millisinə dəvət alıb. Karyerasına "Beoqrad" klubunda başlayan yeni transfer "Makkabi" (Hayfa, İsrail), "Ergetolis" kimi komandalarda da forma geyinib.

AzVision.az


Teqlər:  





Xəbər lenti