Ermənistanın Qarabağ qorxusu: `Azərbaycanın Rusiyaya təsiri artır`

Ermənistanın Qarabağ qorxusu: `Azərbaycanın Rusiyaya təsiri artır`
  01 Sentyabr 2016    Oxunub:6337
“Rusiyanın Qarabağ münaqişəsində aparıcı rol aparması Ermənistan üçün müsbət heç nə vəd etmir”.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu diplomat, “Modus Vivendi” analitik mərkəzinin direktoru Ara Papyan bildirib.

Papyanın sözlərinə görə, Rusiya münaqişə tərəflərinə ATƏT-in Minsk qrupunun yeganə silah satan həmsədr ölkəsidir: “Rusiya tərəfdaşının düşməninə silah satır. Bu, dünya tarixində eşidilməmiş haldır”.

Papyan Qarabağ münaqişəsinin Rusiyaya təsirindən söz açıb: “Azərbaycanın Rusiyaya təsirinin müntəzəm qaydada artması nəzərə alınsa, münaqişənin həllində Rusiyanın lider rolu oynaması bizim üçün müsbət rol oynamayacaq. Xüsusi ilə bu, Rusiya, İran və Azərbaycan prezidentləri Vladimir Putin, Həsən ruhani və İlham Əliyevin avqustun 8-də Bakı görüşü və dəmiryolu haqqında razılaşmadan sonra özünü daha qabarıq göstərir. Bizim üçün prosesə xeyli sayda oyunçuların cəlb olunması müsbət olardı. Çünki biz onların fikir ayrılıqları üzərində oynayaraq balansı saxlaya və aparılacaq doğru siyasətlə hər hansı bir müsbət nəticə əldə etmiş olarıq”.

Eldar Tanriverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti