`Facebook`un ilk peyki məhv oldu - VİDEO

`Facebook`un ilk peyki məhv oldu - VİDEO
  01 Sentyabr 2016    Oxunub:2148
ABŞ-ın Florida ştatında yerləşən “SpaceX” uçuş platformasında partlayış baş verib.
Şahidlər ard-arda bir neçə partlayış səsinin eşidildiyini deyirlər. Hadisənin kosmodromun ətrafında yaşayan əhaliyə təhlükə törətmədiyi bildirilir.

NASA-nın məlumatına əsasən, insident kosmodromda pilotsuz raketin sınaqları keçirilən zaman baş verib. Sınaqlar Kanaveral burnunda yerləşən kosmodromdan sentyabrın 3-nə planlaşdırılan uçuşa hazırlıq məqsədi daşıyırmış. Raket “Facebook” sosial şəbəkəsinin ilk peykini və İsrailin rabitə peykini fəzaya çıxarmalı idi.

Xatırladaq ki, kosmodromda son ciddi qəza 2015-ci il iyunun 28-də baş verib. Həmin vaxt Beynəlxalq Kosmik Stansiyaya uçması planlaşdırılan “Dragon” yük gəmisi “Falcon 9” daşıyıcı-raketi ilə birgə partlamışdı. “Falcon 9” daşıyıcı-raketi və dünyada yeganə çoxistifadəli “Dragon” yük gəmisi ABŞ-ın “SpaceX” kompaniyası tərəfindən hazırlanıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti