Obama Rusiyaya gedir

Obama Rusiyaya gedir
  07 Avqust 2013    Oxunub:1137
ABŞ prezidenti Sankt-Peterburqda Böyük İyirmiliyin Sammitində iştirak edəcəyini təsdiqləyib.
AzVision.az Reuters agentliyinə istinadən xəbər verir ki, Birləşmiş Ştatların prezidenti Barak Obama, G20 sammitində iştirak etmək üçün sentyabrda Rusiyaya səfər edəcəyini təsdiqləyib. Bunula yanaşı Obama, rusiyalı həmkarı Vladimir Putinlə görüşüb-görüşməyəcəyi barədə heç bir söz deməyib.

NBC telekanılaının efirində çıxışı zamanı ABŞ prezidenti, Rusiyanın amerikanın xüsusi xidmət orqanlarının işi ilə bağlı məxfi materialları mətbuata sızdıran Edvard Snoudenə sığınacaq vermək qərarından məyus olduğunu dilə gətirsə də, bunun onun G20 sammitində iştirakına mane olmayacağını qeyd edib. Obama, ümumiyyətlə, Rusiya ilə əlaqələrinin soyuqlaşması üçün ciddi bir səbəb görmədiyini bildirib:

“Bəzən fikir ayrılıqları olur . Lakin prezident Putinə demək istərdim ki, biz gələcək haqqında düşünməliyik. Bu günkündən daha səmərəli əlaqalər qurmaqda bizə mane ola biləcək bir problem yoxdur.”

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti