Kərimovun ölüm xəbəri təsdiqlənir - Prezident dəfnə gedir

Kərimovun ölüm xəbəri təsdiqlənir - Prezident dəfnə gedir
  02 Sentyabr 2016    Oxunub:17229
Qazaxıstan prezidenti Nursultan Nazarbayev sentyabrın 3-də Özbəkistana səfər etməyi planlaşdırır.

AzVision.az xəbər verir ki, bu barədə `Reuters` agentliyi Qazaxıstan hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

“Ferqane” agentliyi Kərimovun dünyasını dəyişdiyini, onun vətəni Səmərqənddə artıq dəfn hazırlığına başlanıldığını yazıb. Məlumata əsasən İslam Kərimov sentyabrın 3-də anası və iki qardaşının dəfn olunduğu məzarlıqda torpağa tapşırılacaq.

Özbəkistan prezidentinin ölümü barədə hələlik rəsmi şəkildə elan edilməyib. Mənbə iddia edir ki, prezidentin ölümü barədə bəyanat bu gün veriləcək.

Rəsmi məlumatda isə bildirilir ki, Kərimovun vəziyyəti son dərəcə ağırdır.

Nazarbayevin məhz sentyabrın 3-də Özbəkistana səfər etməsi Kərimovun ölüm xəbərini təsdiqləyir. Ehtimal ki, Kərimov artıq dünyasını dəyişib və Nazarbayev onun dəfnində iştirak etmək üçün Özbəkistana yola düşəcək.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti