Putin neft strategiyasını açıqladı

Putin neft strategiyasını açıqladı
  02 Sentyabr 2016    Oxunub:1999
Rusiya prezidenti Vladimir Putin ümid edir ki, neft bazarı iştirakçıları hasilatın dondurulması barədə razılığa gələcəklər.
AzVision.az-ın məlumatına görə, prezident “Bloomberg”ə müsahibəsində bildirib ki, bu, dünyanın energetika üçün doğru qərarı olardı.

“Hesab edirəm ki, iqtisadi maraqlar baxımından kompromisə gəlmək məntiqlidir. Bunu hamı anlayır. Məsələ daha çox iqtisadi yox, siyasi xarakterlidir. Ümid edirəm ki, enerji daşıyıcılarının sabit və həqiqi qiymətində maraqlı olan bu bazarın bütün iştirakçıları son nəticədə lazımı qərar qəbul edəcəklər”, - deyə Putin bildirib.

Jurnalistin “İrana öz mövqelərini bir qədər yaxşılaşdırmağa imkan verməklə Moskva neft hasilatının dondurulmasına razı olardımı?” sualına Rusiya lideri “Bəli” deyə cavab verib.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti