Hökumət Kərimovun öldüyünü təsdiqlədi

Hökumət Kərimovun öldüyünü təsdiqlədi
  03 Sentyabr 2016    Oxunub:5839
Özbəkistan prezidenti İslam Kərimovun vəfat etməsi ilə bağlı xəbərlər rəsmi şəkildə öz təsdiqini tapıb.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Özbəkistan hökuməti İslam Kərimovun dünyasını dəyişdiyini təsdiqləyib.

Qeyd edək ki, İ.Kərimov 1938-ci il yanvarın 30-da Səmərqənddə anadan olub. 1991-ci ildə Özbəkistanın müstəqilliyi elan olunandan ölkənin prezidenti olub.

Sovet dövründə 1989-1991-ci illərdə Özbəkistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti