İpoteka sahəsində inqilab hazırlanır

İpoteka sahəsində inqilab hazırlanır
  07 Avqust 2013    Oxunub:1442
Kredit məbləği artacaq, ilkin ödəniş ləğv olunacaq, yeni tikililərdən ev almağa icazə veriləcək
İpoteka kreditlərinin şərtləri ilə bağdı «inqilabi» dəyişikliklər gözlənilir. Aldığımız məlumata görə, yeni qaydalarda ilkin ödəniş olmayacağı, faiz dərəcələrinin aşağı salınacağı gözlənilir. Girov predmeti kimi isə yeni tikilən binaların da iştirakı mümkündür.

“Bizim Yol”un yazdığına görə, hazırda bununa bağlı Mərkəzi Bankın mütəxəssisləri tərəfində müzakirələr aparılır. İpoteka kreditlərinin yeni şərtləri ilə bağlı strategiya ilin sonlarınadək açıqlanacaq.

Ekspertlər modellər üzərində araşdırmalar aparılır. Bu yaxınlarda Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Xəqani Abdullayev gənclərə ipoteka kreditlərinin verilməsi ilə bağlı hökumətə təqdim edilən təkliflərin də müzakirə olunduğunu deyib.

Ekspertlər hələ ki, qeyri-rəsmi açıqlanan yeni qaydalara münasibət bildirmək istəmirlər. Onlar sənədin ictimaiyyətə təqdimatından sonra dəyərləndirmək fikrindədirlər. Hər bir halda, faiz dərəcələrinin aşağı salınmasını və ilkin ödənişin ləğvini müsbət qərar kimi qiymətləndirirlər. Çünki mövcud şərtlərin ağır olması, ipoteka kreditlərinə əlçatanlığı azaldır.




Teqlər:





Xəbər lenti