Bütün şahmat yığmalarımız qələbə qazandı
Azərbaycan Olimpiadada ilk dəfə 6 yığma ilə mübarizə aparır. Həm kişilərin, həm də qadınların yarışında 3 komandamız zəkasını yoxlayır.
Kişilərdən ibarət əsas komandamız I turda Zimbabve ilə qarşılaşıb. Gözlənildiyi kimi görüş milimizin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan-2 isə Mozambiklə matçda 3 qələbə və bir heç-heçə ilə 3.5:0,5 hesablı qalibiyyətə sevinib. Üçüncü yığmamız - Azərbaycan-3 Papua Yeni Qvineyaya şans verməyib - 4:0.
Qadınlardan ibarət əsas komandamızın rəqibi isə Nikaraqua şahmatçıları olub. Digər yığmalarımız müvafiq olaraq, Yaponiya və Lesoto ilə qarşılaşıblar. Xanım zəka sahiblərimiz də kişi həmkarları kimi heç bir rəqiblərinə şans verməyiblər. Hər üç yığmamız 4:0 hesablı qələbəyə sevinib. (Apa)
AzVision.az
Teqlər: