Putin dünyaya səsləndi: `Vəziyyət səbitləşib`

Putin dünyaya səsləndi: `Vəziyyət səbitləşib`
  04 Sentyabr 2016    Oxunub:3049
"Rusiya iqtisadiyyatın bərpa olunması üzrə səylərini cüzi qiymətləndirir, bununla belə vəziyyət stabilləşib, ehtiyatlar qorunub, ötən il ilə müqayisədə kapital axını 5 dəfə azalıb"
AzVision.az "Report"-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti "Böyük iyirmilik qrupu"nun birinci iclasında bildirib.

Putin öz çıxışında onu da qeyd edib ki, bir çox ölkə liderləri dünyanın qarşılaşdığı problem və çətinliklərdən danışırlar. Lakin, Rusiya prezidentinin sözlərinə görə, "bu gün ləng də olsa, iqtisadiyyatların müsbət bərpası müşahidə olunmaqdadır".

"Rusiyaya gəldikdə isə biz öz səylərimizi az, cüzi kimi qiymətləndiririk. Lakin bizim iqtisadiyyatımız yenə də stabilləşdi. Bizim ehtiyatlarımız qorunub saxlanıldı, kapital axınını əhəmiyyətli dərəcədə azaltdıq. Ötən il ilə müqayisədə kapital axını 5 dəfə azalıb. İnflyasiya iki dəfə aşağı salınıb. Büdcə kəsiri 2,6%-dir. İşsizliyi biz kifayət qədər aşağı - 5,7% səviyyəsində saxlayırıq. Xarici borc olduqca aşağı səviyyədə saxlanılır", - deyə dövlət başçısı bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti