Ermənistan rəngini dəyişir

Ermənistan rəngini dəyişir
  05 Sentyabr 2016    Oxunub:46517
Ermənistan bayrağının və gerbinin rəngi dəyişdirilir.

AzVision.az News.am saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamenti qərar qəbul edib.

Qərarda bildirilir ki, Ermənistan bayrağında sarı rəng olmayacaq. Bayraqdakı sarı rəng tünd narıncı rənglə əvəzlənəcək. Beləliklə bayraqda qırmızı, göy və tünd narıncı rənglər yer alacaq.

Erməni gerbindəki sarı rəng də yığışdırılıb. Birdən-birə sarı rəngi bütün dövlət atributlarından yığışdıran erməni hökuməti gerbdə də bu rəngi tünd narıncı rənglə əvəzləyib.

Qərar dünəndən etibarən bütün idarə və təşkilatlarda tətbiq olunur.

AzVision.az


Teqlər:  





Xəbər lenti