Millimiz `cırtdanlar`a qalib gəldi - VİDEO

Millimiz `cırtdanlar`a qalib gəldi - VİDEO
  05 Sentyabr 2016    Oxunub:4147
Azərbaycan millisi futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununda səfərdə San-Marino yığması ilə qarşılaşıb.
AzVision.az xəbər verir ki, görüşdə hesabı millimiz açıb. Oyunun 45-ci dəqiqəsində Əfran İsmayılovun sağ cinahdan ötürməsindən sonra Ruslan Qurbanov başla topu qapıdan keçirib. İlk hissə bu hesabla başa çatıb.

Matçın ikinci hissəsində hesab dəyişməyib və qarşılaşma Azərbaycan millisi səfərdə San-Marino yığmasını 1:0 hesabı ilə məğlub edib.

Millimiz dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti