Azərbaycanlı qadın Rusiyada 2 yaşlı qızı öldürüb - VİDEO

Azərbaycanlı qadın Rusiyada 2 yaşlı qızı öldürüb - VİDEO
  05 Sentyabr 2016    Oxunub:31670
Rusiyanın İvanova şəhərində 2 yaşlı qızı oğurlayaraq öldürməkdə təqsirli bilinən azərbaycan əsilli qadın tutulub.
Bu barədə AzVision.az REN TV-yə istinadən xəbər verir.

Məlumata əsasən polis tərəfindən saxlanılan şəxs 24 yaşlı Gülnar Şirəliyevadır. O, heç bir cinayətdə iştirak etmədiyini deyib.

Şirəliyevanın sözlərinə görə, o evdən çıxıb mağazaya gedərkən saxlanılıb.

İstintaqın versiyasına görə, Günlar Şirəliyeva həyat yoldaşının nikahdankənar övladı olan 2 yaşlı Yananı oğurlayıb və qəddarcasına öldürüb.



Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti