Rusiyada avtoritetlərə qarşı böyük əməliyyat başlayır

Rusiyada avtoritetlərə qarşı böyük əməliyyat başlayır
  05 Sentyabr 2016    Oxunub:7349
Moskvada Cinayət-Axtarış İdarəsində (MCAİ) struktur dəyişiklikləri baş verib. Belə ki, etnik cinayətkarlıqla yanaşı, falçı və ekstrasenslərlə mübarizə üzrə yeni şöbə yaradılıb.
AzVision.az xəbər verir ki, Rosbalt-ın əldə etdiyi məlumata görə, MCAİ-də aparılan struktur dəyişiklikləri, işçilərin ştatdan kənarlaşdırılması hüquq-mühafizə orqanları əməkdaşlarının işini iki istiqamət üzrə gücləndirmək istəyindən irəli gəlir:

“Hazırda MCAİ sistemində həm Qafqaz, həm də Mərkəzi Asiyadan olan kriminal elementlərlə məşğul olan ümumi şöbə var. Belə desək, bu elementlər problemli kontingentdir. Lakin Hovansk qəbiristanlığında baş verənlər ümumi şöbənin hazırkı reallıqlarla bacarmadığını göstərdi. Qafqaz və Mərkəzi Asiyadan olan kriminal avtoritetləri izləmək üçün sadəcə qurumun əməkdaşlarının sayı yetərli deyil. MCAİ-də aparılan struktur dəyişikliklərindən sonra iki şöbə yaradılır ki, onlardan biri Qafqaz, digəri isə Mərkəzi Asiyadan olan kriminal elementlərlə məşğul olacaq. Eyni zamanda etnik qruplaşmalarla işləyən əməkdaşların sayı artacaq”.

Bununla da Rusiyada kriminal avtoritetlərə qarşı böyük əməliyyatların aparılacağı bildirilir.

Qeyd edək k ki, mayın 14-ü Moskvanın Xovansk qəbiristanlığında kütləvi dava zamanı 12 nəfər ölüb, 20-dən çox insan yaralanıb. Ölənlər arasında polis əməkdaşının da olduğu bildirilirdi. Hadisə şahidlərinin verdiyi məlumata əsasən, davada iştirak etmiş şəxslər müxtəlif odlu və soyuq silahlarlardan istifadə ediblər. Davada iştirak edən ayrı-ayrı qrupların içində Zaqafqaziya və Asiyadan gələnlər üstünlük təşkil edib.

İlkin məlumata görə, dava qəbiristanlığın ərazisinin xidmət üzrə bölünməsinə görə baş verib. Qeyd olunur ki, kütləvi davada ən azı 400 nəfər iştirak edib.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti