Putin qızlarından danışdı: `Bundan zövq alırlar...`

Putin qızlarından danışdı: `Bundan zövq alırlar...`
  05 Sentyabr 2016    Oxunub:3953
Rusiya prezidenti Vladimir Putin qızlarının elm və digər fəaliyyətlərlə məşğul olduğunu bildirib.
AzVision.az xəbər verir ki, bu barədə Putin “Bloomberg” nəşrinə müsahibəsində deyib.

Putin “qızlarınızın siyasətdə olmasını istəyərdinizmi?” sualını cavablandırıb: “Ümumilikdə, mən düşünürəm ki, onlar artıq seçimlərini ediblər. Qızlarım elmlə və insanlar üçün xeyirxah, lazımlı işlərlə məşğul olurlar. Onlar öz işlərindən zövq alırlar və bu məni sevindirir. Onlar seçdikləri işə məsuliyyətlə yanaşırlar”.

Rusiya prezidentinin sözlərinə görə, qızları gələcəklərini özləri müəyyənləşdirməlidirlər.

Eldar Tanriverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti